"Şagirdlərə medalları Murad Dadaşov yox, elm xadimləri verməliydi" - Ekspertdən ETİRAZ


10:54     20 İyun 2019 19_06_20_1561013746.jpg


"Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu".


Femida.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev sosial şəbəkələrdə paylaşıb.

O, tədbirdə şagirdlərə medalları professor Şahlar Əsgərovun deyil, şoumen Murad Dadaşovun verməsini tənqid edib:

"Kimsə mənə dediki ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. Təhsil eksperti Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq professor, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər. Gerizəkalılığa diqqət edin: ən azında fizika üzrə qaliblərin ( bürünc medal olsa da olardlı) fizika- riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı təhsil dahisi Emin Əmrullayev verməkdənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi. Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin Aparat rəhbəri Muxtarı (familiyasını bilmirəm) da görmək şərəfinə nail oldular. Muxtar nazir müavini İdris İsayevin payına düşən medalları da verdi.

Bütün bu məzhəkələrə baxmayaraq, qalibləri səmimi qəlbdən təbrik edirəm".

Femida.az

Açar sözlər: #təhsil  

Oxunub: 830