Xəstəxananın həyətində narkotik qəbul edən şəxs öldü - Gəncədə


11:27     20 İyun 2019 19_06_20_1561016148.jpg


Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.

Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi "VAZ 2107" markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.

Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır. / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 393