Telefon nömrəmi kənd oğlanlarına ərim paylayıb - Bərdədə biabırçı hadisə (VİDEO)

"Telefon nömrəmi kənd oğlanlarına ərim paylayıb" - Bərdədə biabırçı hadisə (VİDEO)


11:45     20 İyun 2019 2019/06/qadin-exlaqsiz-teklif1_1561016906.jpg

Azərbaycanda daha bir biabırçı hadisə baş verib.


Femida.az xəbər verir ki, Bərdə rayonunda yaşayan Gülnar Fərzəliyeva iddia edib ki, telefon nömrəsi keçmiş əri tərəfindən kənd kişilərini paylanılıb. Bu barədə məlumat Space TV-də yayımlanan "Gəl, dərdini danış" verlişində məlumat verilib. Əri tərəfindən işgəncələrə məruz qaldığı üçün ondan boşanan qadın şok ittihamlar səsləndirib. Bərdə Rayon Xəstəxanasında tibb bacısı işləyən Gülnarın birinci evliliyi uğursuz alınıb. Onun sözlərinə görə, birinci həyat yoldaşının övladı olmadığı üçün ondan ayrılıb. Bundan sonra xəstəxanada işinə davam edən Gülnar orada bir oğlanla tanış olub. Evləndikdən sonra rəsmi nikaha daxil olmasını yoldaşından tələb etsə də, əri buna razı olmayıb. Bu səbəbdən hamilə gəlin əri və qayınanası tərəfindən döyüldükdən sonra uşağı tələf olub.

Verilişdə Gülnar əri barədə sensasion məlumat səsləndirib. O,bildirib ki, telefon nömrəsi əri və qayınanası tərəfindən kənd kişilərinə verilir və onu görüşə çağırırlar.
"Ərim telefon nömrəmi kənd kişilərinə paylayıb.Gündə bir nəfər kişi mənə zəng edirdi. Sonuncu dəfə 53 yaşlı Əziz adlı kişi mənə zəng elədi. Dedi ki, nömrəni mənə ərin verib. Deyir ki, əxlaqsız qadındır, get görüş.Anama bu sözü dedim. Anam həmin kişini evə çağırdı. Kişi gəlib gördü ki, biz necə ailəyik. Əziz kişi ilə keçmiş ərim Mənsur da gəlmişdi. Bundan əlavə mənə Etibar,Akan adlı kişilər də mənə zəng edirdi."

Mövzu ilə bağlı gəlinin qayınanası da ittihamlara cavab verib. Qayınananın sözlərinə görə, uşaq oğlunun yox, kənddə yaşayan başqa kişilərin uşağıdır.

Mövzu ilə bağlı ətraflı videonu təqdim edirik:



Açar sözlər: #VİDEO  

Oxunub: 3784