Trampla Putin görüşəcək


12:01     20 İyun 2019 19_06_20_1561017696.jpg

ABŞ və Rusiya prezidentləri görüşəcək.

Femida.az -ın xəbərinə görə, Donald Tramp bu barədə "Fox News" kanalına müsahibəsində deyib.

Bildirib ki, Vladimir Putinlə görüş gələn həftə Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tutacaq.

Qeyd edək ki, bir neçə gün öncə Tramp öz "Twitter" səhifəsində Çin Kommunist Partiyasının sədri Si Cinpinlə də görüşəcəyi barədə yazıb.

Açar sözlər:

Oxunub: 399