Bakıda ər arvadını bıçaqlayıb


12:53     20 İyun 2019 19_06_20_1561020832.jpg

Paytaxtın Nəsimi rayonunda ağır xəsarətlərlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb.


APA-nın məlumatına görə, Nəsimi rayon sakini, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızı boşanma ərəfəsində olduğu həyat yoldaşı ilə mübahisə edib. Üz və kürək nayihəsindən müxtəlif bıçaq xəsarətləri alan G.Əliyeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən ər azyaşlı övladını da götürərək qaçıb.


Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 439