2 marşrutun yolu dəyişir
15:01 20 İyun 2019
İki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Femida.az-a daxil olan məlumata görə, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metrostansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər.
Bununla yanaşı, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib. Yeni hərəkət sxeminə əsasən 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək.
Hər iki dəyişiklik 22.06.2019 tarixindən qüvvədə olacaq.
Femida.az
Oxunub: 391
Oxşar xəbərlər
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- 24 yaşlı gəncin kanalda batma anı - Video
- 20 ölkə 443 rusiyalı diplomatı ərazisindən çıxarıb
- 25 yaşlı gəncin meyiti tapıldı
- 25 il məhkumluq həyatı yaşamış narkotacir tutulub
- 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib
- 22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTO
- 2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi qərara alınıb
- 2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib
- 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər