"Adını namus davası qoydular, binamusluq etdilər" - Ağstafada öldürülən ananın övladı


16:08     20 İyun 2019 2019/06/64975282_903578926650248_8280978756672159744_n_1561032467.jpg


İyunun 17-də Ağstafanın Böyük Kəsik kəndində baş verən silahlı insidentdə ölən qadının oğlu Azad Cəlilov anasının ölümü ilə bağlı etiraz edib.

Qan davası zəminində öldürülən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddindın savayı həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilova hadisə yerində olduğu üçün atılan güllələrdən bir neçəsi ona tuş gəlib və qadın yerindəcə dünyasını dəyişib.

Femida.az xəbər verir ki, Z.Cəlilovanın oğlu Azad Cəlilov anasının ölümü ilə bağlı sosial şəbəkədə bunları yazıb:

"Adını namus davası qoydular, başlıq yazdılar: Ağstafada cinayət, kalaşnikov ilə atasının qisasını aldı! Bəs mənim anamın günahı nə idi? Sadəcə yalnış zamanda yalnış yerdə olmaq? Kor bir güllənin qurbanı oldu mənim anam! Abbasqulu bəy demiş bəs bunu kimin namusuna yazaq? Gedim qisas alım, bəlkə mən də onun anasını öldürüm? Anam geri gələcəkmi? Namus davası adı altında binamusluq elədilər! 24 yaşlı bir binamus həyatımızı məhv etdi, artıq xəstəlik kağızını da alıb, yaxın bir neçə ilə çıxacaq həbsdən, çünki ölkəmizdə insandan başqa hər şeyin bir dəyəri bir bədəli bir qiyməti var!..."



Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb.

Amin

Femida.az

Açar sözlər: #Ağstafa  

Oxunub: 1722