Yolu keçən qadını avtomobil vurub öldürdü


16:05     20 İyun 2019 piyada1.jpg

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi



Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurub və piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 382