İrandan Azərbaycana narkotik keçirmək istədi


16:45     20 İyun 2019 2019/06/926b8-1561032898-(1)_1561034895.jpg

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.


Komitədən Femida.az-a verilən məlumata görə. şəxsi yoxlama zamanı onun üzərindən şəffaf rəngli sellofana bükülü 4 ədəd büküm aşkar edilib. Baxış zamanı 1 ədəd bükümdə 23 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M40" nişanəsi olan "metadon" adlı dərman preparatı, 3 ədəd bükümdə isə ümumi çəkisi 15,29 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək olduğu müəyyən edilib.

Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 385