Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanılıb


17:11     20 İyun 2019 hebs5.jpg

Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanılıb.

Bu barədə Femida.az-a DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş Rafiq Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 1,657 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş altı çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 345