Putin: "Donald Trampa deyiləcək sözlərimiz var"


18:17     20 İyun 2019 2019/06/945bd9bd-a7dc-45f0-8d6a-37c34fac3cb4_1561036391.jpg

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla dialoqa hazır olduğunu bildirib.

Femida.az xəbər verir ki, bu barədə V.Putin canlı yayımda suallara cavab verərkən deyib.

“Əlbəttə, ABŞ tərəfi istəsə, biz belə bir dialoqa hazırıq. Həm də deyiləcək sözümüz də var”, - deyən RF rəhbəri ölkəsinə dair sanksiyaların dayandırılmasına da ümidvar olduqlarını qeyd edib.

Bundan əvvəl Donald Tramp iyunun 27-28-də Osakada keçiriləcək G20 sammitində rusiyalı həmkarı ilə görüşəcəyini təsdiqləmişdi.

Açar sözlər:

Oxunub: 456