Qadını ölümlə hədələyən şəxsdən tüfəng götürüldü


18:47     20 İyun 2019 ov-tufengi.jpg

İyunun 19-da Ağsu RPŞ-yə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.


DİN-nin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilib, bu zaman müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 333