Uçan maşın xəyalı reallığa çevrilir - Fransa rəsmi addım atıldı


19:27     20 İyun 2019 19_06_20_1561042791.jpg

Fransanın Paris şəhərində 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə olunacaq.

Bu barədə Fransanın nəqliyyat naziri Elizabet Born məlumat verib.

Onun sözlərinə görə, uçan taksilərdən yarışlar zamanı istifadə onların ətraf mühitə zərərsiz və ictimai nəqliyyat növünə uyğun gəlib-gəlmədiyini sınamaq üçün bir imkan olacaq.

Qeyd edək ki, layihə Paris aeroportu (ADP) tərəfindən Paris-Burje beynəlxalq aeronavtika və fəza sərgisində təqdim edilib. Uçan taksiləri qəbul edəcək aeroportun adı ilin sonunda açıqlanacaq. Nəqliyyat vasitəsi üçün portun tikilişi 18 aya və 10 milyon avroya başa gələcək. Layihənin reallaşması məqsədilə Paris aeroportu artıq Fransanın "Airbus" şirkəti ilə əməkdaşlığa başlayıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 1412