Tramp İrana hücum qərarından son anda imtina edib


09:19     21 İyun 2019 19_06_21_1561093674.jpg

ABŞ prezidenti Trampın İrana qarşı dünən axşam saatlarında hava hücumunu təsdiqlədiyi, lakin son anda bu qərardan vaz keçdiyi iddia edilir.

Femida.az Anadolu Xəbər Agentliyinə istinadla xəbər veirir ki, ABŞ-ın adı açıqlanmayan yüksək vəzifəli şəxsləri tərəfindən bu fakt təsdiq edilib.

“New York Times” qəzetində dərc edilmiş məlumatda bildirilib ki, yerli vaxtla 19:00-dək İranın bəzi radar və raket batareyalarına hava zərbələri endirilməli idi, hansısa səbəbdən ABŞ Prezidenti bu hücumun reallaşmasının təxirə salınmasına göstəriş verib. Trampın qərarını dəyişməsi Ağ Ev Administrasiyasının fərqli bir strategiya tətbiq etməsi kimi də qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 288