Neftimiz 2 dollardan çox bahalaşıb
09:37 21 İyun 2019
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,24 ABŞ dolları və yaxud 3,5% artıb.
Femida.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,71 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Femida.az
Oxunub: 438