Fəhlə binadan yıxılıb öldü


10:14     21 İyun 2019 intihar%20binadan.jpg

Bakıda fəhlə binadan yıxılaraq ölüb.



Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 20-i saat 19 radələrində Əhməd Rəcəbli küçəsində baş verib.

Sasbirabad rayon sakini, 1990-cı il təvəllüdlü Habil Məmmədov fəhlə kimi işlədiyi inşa edilməkdə olan 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə yerinə baxış keçirilib, meyitin daxili və xarici müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Hadisə zamanı tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarının pozulduğu üçün Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1020