Bakıda Beynəlxalq Forum keçirilir: Qadın Sahibkarlığının inkişafı


10:25     21 İyun 2019 2019/06/29ffdb59-2957-4210-a40b-5eb37592c8e7_1561098432.jpg


Bakıda qadın sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda Beynəlxalq Forum keçirilir.


Femida.az-ın məlumatına görə, Forumda dünyanın 10-dan çox ölkəsindən (Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və s.) 30-dan çox nümayəndə iştirak edir.

Regional səviyyədə qadın sahibkarların inkişafı, həmçinin Forumda iştirak edən ölkələrin qadın sahibkarları arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunur.

Forumda Baş Nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakasetti və digər rəsmi şəxslər iştirak edirlər.

Femida.az

Açar sözlər: #ailə   #qadın  

Oxunub: 895