Komitə rəhbərliyi qəbul keçirəcək


10:57     21 İyun 2019 dini%20qurumlrla.jpg

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 25-də saat 10:00-da Şəki Şəhər Heydər Əliyev Mərkəzində yerli sakinləri qəbul edəcək.

Komitdən Femida.az-a verilən məlumata görə, həmin tarixdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Qəbələ Rayon Heydər Əliyev Mərkəzində, sədr müavini Gündüz İsmayılov isə Oğuz Olimpiya İdman Kompleksində rayon sakinləri ilə görüşəcək. Qəbullar saat 11:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 293