ABŞ-dan İranla bağlı növbəti qadağa
10:58 21 İyun 2019
ABŞ-ın Federal Aviasiya Administrasiyası İranın hava məkanından uçuşları qadağan edib.
Femida.az -ın məlumatına görə, bu barədə CNBC kanalı məlumat yayıb. Bildirilir ki, qurum bölgədə baş verən gərginliklə əlaqədar Hörmüz boğazı və Oman körfəzinin İran tərəfindən idarə olunan hissəsinə düşən hava məkanından uçuşları qadağan etməyə dair fövqəladə əmr imzalayıb.
Qeyd olunur ki, İran tərəfdən ABŞ-a məxsus uçuş aparatı vurularkən ən yaxın sərnişin təyyarəsi təxminən 80 km məsafədən uçub.
Qeyd edək ki, ötən gün İran ABŞ-a məxsus uçuş aparatını vurmasına dair xəbər yayıb. ABŞ Mərkəzi Komandanlığı hadisəni təsdiqləyib.
Oxunub: 358
Oxşar xəbərlər
- ABŞ-dan Qarabağla bağlı Bakı və İrəvana təklif
- ABŞ-dan İrana qarşı yeni sanksiyalar
- ABŞ-dan vətəndaşlarına məsləhət: Çinə getməyin!
- ABŞ-dan İrana ağır ittiham
- ABŞ-dan Türkiyəyə daha bir zərbə - Ərdoğan "almayın" demişdi
- ABŞ-dan İrana jest: 2500 illik abidə qaytarıldı
- ABŞ-dan Rusiyaya xəbərdarlıq - Əgər bu baş verərsə...
- ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf
- ABŞ-dan AXC-nin 100 illiyi ilə bağlı daha bir bəyannamə
- ABŞ-dan İrana SONUNCU ŞANS