Arvadını gözəllik salonunda bıçaqlayan kişinin məhkəməsi başlayıb


11:12     21 İyun 2019 2019/06/bicaqqad_1561101381.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 28-ə təyin edilib.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə Z. Rzayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 371