Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı – 40 ölü


16:17     04 Noyabr 2015 teyyare2.jpg

Cənubi Sudanın paytaxtı Cubada göyərtəsində 12 sərnişin olan təyyarə qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 40-dan çox insan ölüb.


AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarədə olan beş ekipaj üzvünün hamısı Rusiya vətəndaşlarıdır.

“Bu gün qəzaya uğrayan təyyarədə Rusiyadan olan beş ekipaj üzvü və 7 sərnişin olub. Onlardan yalnız ikisi sağ qalıb. Onlardan biri də uşaqdır”, - deyə “South Sudan Tribune” qəzeti öz “Twritter” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, oktyabrın 31-i Rusiya aviaşirkətinə məxsus təyyarə Şarm-əl-Şeyx –Sankt Peterburq reysi üzrə hərəkət edən təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı qəzada həlak olub.

Qəza ilə əlaqədar noyabrın 1-i Rusiyada matəm günü elan olunub.

Açar sözlər:

Oxunub: 988