Gömrükdən kapuçino adı ilə narkotik keçirmək istədi


12:38     21 İyun 2019 2019/06/torab-1561106205_1561106403.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan vətəndaşının İrandan narkotik maddə əldə edərək Azərbaycana gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə Femida.az DGK-nın mətbuat xidmətindən bildiriblər.

Məlumat əsasında DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn həmin şəxs saxlanılıb. Gömrük nəzarəti zamanı onun təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torba və 1 ədəd orta həcmli çantadakı yüklər yoxlanılıb. Bu zaman həmin çantalarda 6 ədəd üzərində "Tora Bıka cappuccıno" yazılı paketlərin hər birinin içərisində yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, ümumi xalis çəkisi 244,035 qram olan narkotik vasitə - heroin, eləcə də müxtəlif ərzaq məhsullarının qablaşdırıldığı 5 ədəd paketin içərisindən isə ümumi xalis çəkisi 484,153 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 643