Özbəkistanda ilk dəfə - Ali Məclisə qadın sədr seçildi


12:47     21 İyun 2019 ozbekistan.jpg

Özbəkistan Ali Məclisinin yuxarı palatası olan Senatın sədri vəzifəsinə ilk dəfə qadın seçilib.



Sabiq baş nazir müavini və qadın komitəsinin sədri Tənzilə Narbayeva Senatın yeni spikeri seçilib.

“Mən Tənzilə Narbayevanın hökumətdəki fəaliyyəti dövründə gördüyü işləri, habelə uşaq əməyinə son qoymaq üçün hərəkətlərin alqışlayıram. Beynəlxalq həmrəylik sahəsində də onun zəhməti təqdirəlayiqdir”, – ölkə Prezidenti Şəfqət Mirziyayev xanım Narbayevanın namizədliyini təqdim edərkən bildirib.

Namizədliyi yekdilliklə qəbul olunan T.Narbayevanın sələfi Nemətulla Yoldaşev ötən gün baş prokuror vəzifəsinə təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 360