Bu şəxslə bağlı əhaliyə müraciət edildi- Görənlər polisə zəng etsin


14:05     21 İyun 2019 19_06_21_1561111624.jpg

Qusarda 30 yaşlı kişi 5 il əvvəl itkin düşüb.


Femida.az -ın verdiyi məlumata görə, rayonun Haçatala kənd sakini Sərxan Heydər oğlu Novruzov 2014-cü ilin avqust ayında evdən çıxdıqdan sonra bir daha qayıtmayıb. Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq S. Novruzovu yerini müəyyənləşdirmək mümkün olmayıb. Orta bədən quruluşuna malik S. Novruzovun boyu 1 metr 77 santimetrdir. İtkin düşən şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (023)385-28-03; (023) 385-28-35 şəhər nömrələrinə zəng vuraraq Qusar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 461