Azərbaycanın ən yaxşı məktəbləri bunlardır - SİYAHI


13:22     21 İyun 2019 19_06_21_1561111804.jpg


Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.09%-i ötən ilin qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib.


Femida.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Qeyd olunub ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 79.78%-dir.

Qəbul imtahanlarında 50 liseyin məzunları iştirak edib. Bu məktəblərdən “Oxbridge Academy” ümumi təhsil müəssisəsinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Bakı İstedadlar Təhsil Kompleksinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.

Ölkə üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Heydər Əliyev adına lisey, Ak. Z.Əliyeva adına lisey, Ak. Zərifə Əliyeva adına liseyin V korpusu, Fizika-Riyaziyyat təmayüllü lisey, Bakı Avropa liseyi, BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Kimya-biologiya təmayüllü lisey, Kaspi liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey, T.İsmayılov adına “İntellekt” məktəb-liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, “Ankara Məktəbi” məktəb-liseyi, 289 saylı tam orta məktəb – “Zəngi” liseyi, “Evrika” liseyi, M.Şeyxzadə adına Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü Gimnaziyanın II korpusu, İ.Əfəndiyev adına “Elitar” gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Avropa Azərbaycan məktəbi, Bakı MODERN məktəbi, “Təlim” firmasının nəzdində tam orta məktəb, “Xabad Or Avner” tədris kompleksinin nəzdində orta ümumtəhsil məktəbləri daxil olub.

Femida.az

Açar sözlər: #təhsil   #məktəb  

Oxunub: 3378