Son on dörd ildə məzunların sayı azalıb
14:22 21 İyun 2019
Son on dörd ildə məzunların sayı 33.00% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2017-ci illə müqayisədə 2018-ci ildə məzunların sayı 1193 nəfər azalıb.
Femida.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalın ın 12-ci nömrəsində əksini tapıb. Bildirilib ki, sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı heç də azalmır, əksinə artır.
“2018-ci ildə sənəd verənlərin 77.86%-ni (61182 nəfər) builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31 və 2017-ci ildə 75.83% olub. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın azalmasıdır. Bu isə öz növbəsində ümumiyyətlə abituriyentlərin tərkibində əvvəlki illərin məzunlarının payının azalması ilə nəticələnir”.
Məlumtda qeyd edilib ki, ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 32.13%-i I, 29.62%-i II, 23.54%-i III, 7.36%-i IV, 7.35%-i isə V qrupun payına düşür. 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri I qrupda 5.00, II qrupda 3.69, III qrupda 8.75, IV qrupda 2.95 və V qrupda 7.83% artıb.
Oxunub: 315
Oxşar xəbərlər
- Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub
- Son sutkada daha 19 nəfər koronavirusa yoluxub
- Son 10 gündə Rusiya və Ukrayna arasında 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb
- Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb
- Son iki gündə 3 yol qəzası baş verib, iki nəfər ölüb
- Son iki gündə yol qəzalarında 6 nəfər ölüb
- Son 2 ayda Azərbaycanda yol qəzalarında 126 nəfər ölüb
- Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb
- Son 20 gündə Azərbaycanda narkotikə görə 38 nəfər həbs edilib
- Son 2 ildə Azərbaycanda psixi pozuntusu olan şəxslər 14 qətl hadisəsi törədib - RƏSMİ