Daha bir motosiklet qəzası: sürücü öldü


14:51     21 İyun 2019 19_06_21_1561114313.jpg

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Femida.az -ın verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 2-ci kilometrliyində baş verib.

Qusar rayonu, Köhnə Xudat kənd sakini, 57 yaşlı Əlağa Ağakişiyevin idarə etdiyi motosikletlə Kürdəmir rayon sakini 34 yaşlı Vasif Osmanovun idarə etdiyi yük maşını toqquşub.


Nəticədə, motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 465