Lənkərana yeni hərbi prokuror təyin edildi


16:13     21 İyun 2019 kreslo_201214.jpg

Lənkərana yeni hərbi prokuror təyin edilib.



Femida.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Baş prokurorun əmri ilə ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Trend-ə təsdiq edib.

Xatırladaq ki, İ.Əhmədov bundan əvvəl Bakı hərbi prokuroru vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 404