Gəlin qayınatasını qətlə yetirdi


10:08     22 İyun 2019 19_06_22_1561183830.jpg


Binəqədidə qətl hadisəsi baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, 12 iyun tarixində Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 1958-ci il təvəllüdlü Səmədov Əfzələddin Əli oğlu kürək nahiyəsindən iki bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

Ə.Səmədovun yaxınlarının verdiyi məlumata görə, guya Ə.Səmədov intihar məqsədilə özü özünü bıçaqlayıb. Ancaq Binəqədi rayon Prokurorluğunun apardığı istintaq araşdırmaları zamanı müəyyən olunub ki, Ə.Səmədov sərxoş vəziyyətdə gəlini ilə mübahisə edib. Daha sonra qadın onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Femida.az

Açar sözlər: #qətl   #cinayət  

Oxunub: 1197