Bakı-Batumi avtobuslarında - wi-fi, kondisioner, pulsuz çay-qəhvə olacaq


12:09     22 İyun 2019 19_06_22_1561191129.jpg


Xəbər verdiyimiz kimi iyulun 1-dən Bakı-Batumi-Bakı istiqaməti üzrə Beynəlxalq Avtovağzaldan reyslər başlayacaq.


Femida.az xəbər verir ki, reyslər müasir standartlara cavab verən avtobuslarla həyata keçiriləcək.

Belə ki, avtobuslarda kondisioner və wi-fi olacaq.bu barədə məlumatı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova yayıb. O bildirib ki, avtobuslarda yol boyu əlavə xidmət olaraq çay, su, qəhvə verilir.



Qeyd edək ki, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobuslar növbəti gün saat 10:00-da mənzil başına çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.



Femida.az

Açar sözlər: #Batumi   #BBAK   #avtobus  

Oxunub: 717