Qadınları fahişəliyə cəlb edən Qələmnaz hakim qarşısında
12:55 22 İyun 2019
İsmayıllı rayonunda qadınları fahişəliyə cəlb edən 1963-cü il təvəllüdlü Qələmnaz Xəlilovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, Q.Xəlilovanın barəsində olan cinayət işi üzrə material baxılması üçün İsmayıllı rayon məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rəfayel Şirinovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.
Qeyd edək ki, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhərinin M.Orucov küçəsindəki 29 saylı evdə yaşayan Qələmnaz Xəlilovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi aşkar edilib.
Məlum olub ki, Q.Xəlilova əvvəldən tanıdığı Səmayə Əliyevanı (ad və soyad şərti verilib - red.) və başqa qadınları pul müqabilində kişilərlə görüşdürərək qazanc əldə edib.
Müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Q.Xəlilova İsmayıllı şəhərində yerləşən özünə məxsus mağaza və kafedə əvvəlcə kişilərlə görüşərək onlarla sövdələşib, sonra onların qadınlarla görüşünü rayondakı istirahət mərkəzlərində təşkil edib.
İstintaq orqanı tərəfindən Q.Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Oxunub: 693
Oxşar xəbərlər
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Qadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcək
- Qadınların yerli idarəetmədə iştirakı üçün şərait varmı? - Azərbaycanı Avropada təmsil edən bələdiyyə üzvü şərh edir
- Qadınları qorxudub pul alan gənc tutuldu - VİDEO
- Qadınların qənimi tutuldu
- Qadınları zorla fahişəliyə cəlb etdi - Biri intihara əl atdı
- Qadınların mikrosahibkarlıq fəaliyyətinə dəstək verilir
- Qadınların pullarını ələ keçirən dələduz saxlanıldı
- Qadınları Türkiyədə satan kişi tutuldu
- Qadınları fahişəliyə cəlb edən azərbaycanlı tutuldu - İstanbulda