III Avropa Oyunları bu ölkədə keçiriləcək - RƏSMİ


13:00     22 İyun 2019 19_06_22_1561194071.jpg


2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

Femida.az Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, yarışa Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un baş assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Belarusun paytaxtı Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.

Femida.az

Açar sözlər: #Polşa  

Oxunub: 637