Xırdalanda yol-nəqliyyat hadisəsi - ÖLƏN var


13:20     22 İyun 2019 19_06_22_1561195181.jpg


İyunun 22-də saat 1 radələrində Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a bildirilib ki, Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Xırdalan   #DİN   #qəza   #ölüm  

Oxunub: 574