Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
15:53 22 İyun 2019
“Prezident İlham Əliyevin ilin əvvəlindən başlayaraq, sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Vətəndaşların minimum əməkhaqqı 250 manata, minimum əmək pensiyası 200 manata çatdırılır, müəllimlərin və digər sahələrdə çalışanların əmək haqqı həmiyyətli dərəcədə artırılır. Bu xüsusda sizi əmin edirəm ki, səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq”.
Femida.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Prezident İlham Əliyevin sosialyönümlü islahatları ilə bağlı danışarkən deyib.
Ə.Əmiraslanov islahatları inqilabi adlandırıb:
“Hələ lap əvvəl şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin artırılmasının şahidi olduq. Hazırda islahatlar davam edir. Mən əminəm ki, icbari tibbi sığortanın tətbiqilə bağlı həkimlərin, orta tibb işçilərinin də əməkhaqları təsirli dərəcədə artırılacaq. Bu bir daha göstərir ki, cənab Prezident daim xalqın yanındadır və onların daha yaxşı həyat şəraiti yaradılması üçün çalışır”.
Femida.az
Oxunub: 828
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
- DİQQƏT! "Meymun çiçəyi" virusu bu yolla yayılır - Səhiyyə Nazirliyi açıqlama yaydı
- Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib