Ukraynada dayanacağa ildırım düşüb, üç nəfər ölüb


16:02     22 İyun 2019 19_06_22_1561195469.jpg

Ukraynanın İvano-Frankovski vilayətində 3 nəfəri ildırım vurub.

Femida.az -ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.

"Hadisə Roqatinski rayonunda baş verib. Beş nəfərin dayandığı avtobus dayanacağına ildırım düşüb və nəticədə hadisə yerində olanlardan üç nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib",- deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Açar sözlər:

Oxunub: 453