Azərbaycanda lombardlar assosiasiyalarının yaradılması mümkün olacaq


18:44     22 İyun 2019 milli-meclis.jpg



Azərbaycanda lombardlar birliklər və assosiasiyaları yaradılacaq.

Femida.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan "Lombardlar haqqında" qanun layihəsinin 30-cu maddəsində (lombardların birlikləri və assosiasiyaları) bildirilib.

Sənəddə qeyd edilib ki, lombardlar fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədi ilə birliklər və assosiasiyalar yarada bilərlər.

Lombardlar rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişləri bağlamaq və razılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməz. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidir.

Yeni Qanun layihəsi birinci oxunuşda Milli Məclisin növbədənkənar xüsusi sessiyasının iyunun 27- i və 28-i keçiriləcək plenar iclaslarında müzakirə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 391