Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
18:50 22 İyun 2019

İyunun 22-də Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissələrdə “Açıq qapı” günü keçirilib.
Femida.az xəbər verir ki, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
Hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb və sualları cavablandırılıb. Təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.
Femida.az
Oxunub: 184
Oxşar xəbərlər
- Bütün rayonlarının su pasportları hazırlanır
- Bütün məktəblər birnövbəli rejimə keçdi - Naxçıvanda
- Əhaliyə ŞAD XƏBƏR! - Bütün sosial müavinətlər artırıldı
- Bütün ölkədə bir dəqiqəlik sükut - Şəhidlərin xatirəsi yad olundu
- Bütün məktəblərdə vahid geyim forması tətbiq olunacaq
- Bütün xəstəxanalar publik hüquqi şəxs olacaq
- Bütün ölkə ərazisində enerji təchizatı bərpa edildi – “Azərişıq”
- Bütün dünyanın gözü Rusiyada: Bu gün TARİX YAZILACAQ
- Bütün heyvanlara tibbi yardım göstərilir
- Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq