Samboçumuz erməniyə qalib gəldi - Daha 2 medal


19:31     22 İyun 2019 2019/06/5EBA8F48-A9C3-4ECF-A8CA-63C561B21D1B_1561217596.jpeg

Azərbaycan idmançıları Belarusda keçirilən II Avropa Oyunlarında növbəti medallarını qazanıb.

Femida.az xəbər verir ki, sambo yarışlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla üz-üzə gəlib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn samboçumuz çıxışını medalla başa vurub.

68 kq çəki dərəcəsində yarışan Emil Həsənov isə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edərək, bürünc medal qazanıb.

Qeyd edək ki, bununla da Azərbaycanın Avropa oyunlarındakı medal sayı 3-ə çatıb. Daha əvvəl akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi cütlüyü "gümüş" qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 223