Daha iki boksçumuz 1/8 finalda - Avropa Oyunları


21:20     22 İyun 2019 boks-azerbaycan-4.jpg

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın daha iki boksçusu mübarizəyə başlayıb.

Femida.az ” xəbər verir ki, əvvəlcə 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı rinqə çıxıb.

Yarışda ilk döyüşünü keçirən təmsilçimiz 1/16 finalda Gürcüstandan olan Giorgi Harabadzeni mübarizədən kənarlaşdırıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Kamran adını 1/8 finala yazdırıb.

Bundan başqa Cavid Çələbiyev də adını 1/8 finala yazdırıb. 60 kq çəki dərəcəsində çıxış edən boksçumuz 1/16 finalda Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviçi 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.

Açar sözlər:

Oxunub: 558