Qaxda 20 hektar taxıl sahəsi yanıb


10:18     23 İyun 2019 taxil.jpg

Qax rayonunun Ləkit kəndində yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, 5 ha biçilməmiş, 15 ha biçilmiş taxıl sahəsi, 2 ton ot bağlaması və 20 ha sahədə quru ot, kol-kos yanıb.

Yaxınlıqdakı taxıl sahələri və meşə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 365