İstanbulda təkrar seçki keçirilir


12:02     23 İyun 2019 publika.az1442908166secki-vote-election.jpeg

Bu gün İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçki keçirilir.

Femida.az xəbər verir ki, səsvermə Türkiyə vaxtilə saat 08:00-da başlayıb 17.00-dək (Bakı vaxtı ilə 09.00-18.00) davam edəcək.

İstanbul üzrə seçkilərdə 10 milyon 560 min 963 vətəndaş səsvermə hüququna malikdir. Seçkilərlə əlaqədar İstanbulun 39 rayonunda 31342 məntəqə yaradılıb.

Bələdiyyə sədrliyi uğrunda əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında gedir.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Əkrəm İmamoğlu qalib elan edilmişdi. Lakin AKP-nin şikayəti əsasında səslər yenidən hesablandı. Daha sonra Türkiyə Ali Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi və təkrar seçkilər təyin edildi.

Femida.az

Açar sözlər:

Oxunub: 506