Azərbaycanlı idmançı finala yüksələrək erməniyə rəqib oldu


13:37     23 İyun 2019 19_06_23_1561282739.jpg

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları davam edir.

Bu gün Azərbaycanın üç samboçusu mübarizəyə başlayıb.

52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksəlib. O, çempion adı uğrunda qarşılaşmada ermənistanlı Tiqran Kirakosyanla görüşəcək.
REKLAM

www.azercell.com

Daha ətraflı

Digər iki samboçumuz 1/4 finalda uduzublar. Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidisə, Abdulla Abdullayev (84 kq) xorvatiyalı Sumpor Dino Dominikə məğlub olub.

Buna baxmayaraq, samboçularımız təsəlliverici döyüşlərə qatılacaq. C. Qarayev estoniyalı Vadim Fominlə, A. Abdullayev ermənistanlı Arsen Qazaryanla üz-üzə gələcək. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 454