BMT baş katibinin müavini ASAN Xidmətdə


14:25     23 İyun 2019 19_06_23_1561285569.jpg

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin iqtisadi və sosial Məsələlər üzrə müavini Liu Zenmin 24-26 iyun 2019-cu il tarixində ölkəmizdə təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

Femida.az-ın məlumatına görə, Liu Zenmin bu gün “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

BMT baş katibinin müavini ASAN könüllüləri, ASAN radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD”ın fəaliyyəti ilə də tanış olub. L. Zenmin Azərbaycan və BMT arasında uğurlu əməkdaşlığı və Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.

Femida.az

Açar sözlər:

Oxunub: 415