Hindistanda ensefalit xəstəliyindən ölənlərin sayı 148 nəfərə çatıb


18:55     23 İyun 2019 xestexana_875.jpg

Son üç həftə ərzində Hindistanın şimal-şərqindəki Bixar ştatında ensefalit xəstəliyindən ölənlərin sayı 148 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə "India Today" jurnalı məlumat yayıb.
Xəstəlik daha çoz Muzaffarpur dairəsində yayılıb. Həkimlər hazırda ştatın 16 dairəsindəki xəstəxanalarda 600 uşağın müalicə aldığını, onların bir hissəsinin durumunun ağır olduğunu bildiriblər.Həkimlər ensefalit epidemiyasının səbəbinin anomal istilər və havada nisbi rütubətin yüksək olması hesab edirlər. Bundan əvvəl həkimlər xəstəliyi tərkibində uşaqlar üçün təhlükəli toksinlər olan liçi meyvəsindən zəhərlənmənin simptomları kimi qəbul edirdilər.
Qeyd edək ki, ensefalit baş beynin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlikdir. Ensefalit spesifik törədicilərin (süzülən virusların bir neçə tipi) bilavasitə beyin toxumasına keçməsindən, bəzi infeksion xəstəliklərdən (qrip, yatalaq, qızılca, skarlatina, suçiçəyi, revmatizm, quduzluq və s.) kəskin və xroniki intoksikasiyadan (qidadan zəhərlənmələr və s.) törəyir. Ensefalit çox zaman təbii mənbə xəstəliyi olub, müəyyən coğrafi landşaftlarda (əsasən tayqa meşələri zonası) yayılır. Onun üçün mövsümi xarakter daşıyıb infeksiya daşıyıcılarının (gənə, ağcaqanad) aktivliyi ilə əlaqədardır

Açar sözlər:

Oxunub: 400