Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır


09:28     24 İyun 2019 19_06_24_1561354140.jpg

V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.

Femida.az

Açar sözlər: #imtahan  

Oxunub: 159