İstanbulda qanun və ədalət hökmranlıq edəcək - İmamoğlu
10:01 24 İyun 2019
İstanbulda qanun və ədalət hökmranlıq edəcək.
Bunu İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Əkrəm İmamoğlu deyib.
Ə.İmamoğlunun sözlərinə görə, İstanbulda insanlar arasındakı qütbləşməni Cümhuriyyət Xalq Partiyası aradan qaldıracaq və onları birləşdirəcək:
"Mən İstanbul sakinlərinə söz verirəm ki, onları heş kəs aldada bilməyəcək və hər şey onların rifahı naminə ediləcək".
Qeyd edək ki, iyunun 23-də İstanbulda bələdiyyə seçkiləri keçirilib. Cümhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu 54,03 faiz səs çoxluğu ilə qalib gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə.İmamoğlunu təkrar bələdiyyə seçkilərində qələbə çalması münasibətilə təbrik edib.
Femida.az
Oxunub: 286
Oxşar xəbərlər
- Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi
- Ərdoğan İmamoğlunu geridə qoydu
- İmamoğlu təkrar seçkidə də qalib gəldi
- İmamoğlu da səs verdi
- Əkrəm İmamoğlu barədə şok görüntü yayıldı - Oteldə... (VİDEO)
- İmamoğlu Ərdoğanı aeroportda qarşıladı - Video
- İstanbulda seçki gərginliyi bitdi: İmamoğlu mandatını alır (FOTO)
- Binəli Yıldırım İmamoğlu ilə arasındakı səs fərqini açıqladı