Neftçalada piyadanı avtomobil vurub


10:15     24 İyun 2019 piyada_olumu_233.jpg

Neftçalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə ötən gecə Nefçala şəhərində qeydə alınıb.

Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 335