Qadın sürücü maşını işıqfora çırpdı - Ölən və xəsarət alanlar var
10:59 24 İyun 2019
Bakıda ağır yol qəzası baş verib.
Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Əsgərova Sahibət İsax qızı idarə etdiy "Hyundai Santa Fe" markalı 99 FF 244 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Zərifə Əliyeva 25 saylı ünvanın qarşısındakı işıqforun dirəyinə çırpılıb. Sürət həddi yüksək olduğundan avtomobil işıqforun dirəyini qıraraq yaxınlıqdakı çinar ağacına dəyib.
Hadisə nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Abbaslı Könül Əhməd qızı hadisə yerində dünyasını dəyişib, sürücü və digər iki sərnişin - 1981-ci il təvəllüdlü Əliyeva Adilə Nazim qızı və 2004-cü il təvəllüdlü İslamova Nərmin Eldəniz qızı ağır bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Qadın həbs edildi
- Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günüdür
- Qadın MMA döyüşçümüz erməni rəqibini rinqə çıxmağa peşman etdi - VİDEO
- Qadın onu başqa kişilərlə görüşə məcbur edən, körpəsini öldürən şəxsi bağışladı - TƏFƏRRÜAT
- Qadın işçisini döyən vəzifəli şəxsə cinayət işi açıldı
- Qadın həkimi döyən “müharibə əlili”nə cinayət işi açıldı
- Qadın evdən 10 min oğurladı
- Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb