"İslahatların nəticələri göstərir ki..." - BMT Baş katibinin müavini


12:05     24 İyun 2019 2019/06/64851237_1152372874965586_5606913074297569280_n_1561363585.jpg

"Burada xüsusi çağırışlar mövcuddur. Məsələn gender bərabərliyi, korrupsiya və s. bunlara misal ola bilər. 2017 ci ildə 118 ölkə bütövlükdə dövlət xidmətləri mərkəzləşdirilməsi sahəsində ilk addımları atdı. 90 ölkə isə bunu öz milli qanunvericiliyində əks etdirdi. Bununla da mərkəzləşmiş elektron portal vasitəsilə bu xidmətlər vətəndaşlar üçün əlçatan oldu".



Femida.az xəbər verir ki , bu sözləri BMT Baş katibinin müavini Lui Zenmin Bakıda keçirilən beynəlxalq forumda deyib. O bildirib ki, hökumət orqanları arasında boşluq olan zaman xidmətlər keyfiyyətli şəkildə gostərilə bilmir:

"Bu işdə təkcə dövlət yox, özəl sektorun da iştirakı faydalı ola bilər. Bu sahədə tədqiqatlara ehtiyac var. Yeri gəlmişkən, bu sistem imkan verir ki, korrupsiyaya qarşı mübarizədə bir çox addımlar atılsın. İslahatların nəticələri göstərir ki, açıq hökumət və qlobal şəffaflıq da irəliləyiş var. Lakin hələ də bəzi fərqliliklər və bərabərsizliklər var. Boşluqların aradan qaldırılması üçün davamlı şəkildə tədbirlər aparılmalıdır. Şəffaflıqla bağlı olan təşəbbüslər dövlət administrasiyaları tərəfindən dəstəklənməlidir".

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 405


Oxşar xəbərlər