DİM sınaq imtahanı keçirəcək
12:19 24 İyun 2019
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
Femida.az xəbər verir ki, sınaq imtahanında iştirak etmək istəyənlər 24 iyun saat 10.30-dan 28 iyun saat 17.00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 29 iyun 2019-cu il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10.00-da başlayacaq.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 (otuz altı) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- DİM həftəsonu 44 mindən çox şagird üçün imtahan keçirəcək
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- DİM tərəfindən növbəti imtahanlar keçirilib
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək
- DİM bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirəcək
- DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir